"Xəzər Lənkəran" futbol klubu 2014-cü ildə ilk rəsmi oyununu Topaz Premyer Liqasının XIX turunda keçirəcək. Siasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısına Mustafa Dənizlinin yetirmələri "Qarabağa" qarşı səfər oyunu ilə başlayacaq. Çempionatın lideri ilə qarşılaşma "ağ-yaşıllar"ın bu rəqiblə 29-cu dueli olacaq. Bakıda baş tutacaq matçadək Azərbaycan kubokunda 2 dəfə görüşən komandalar çempionat çərçivəsində 27-ci dəfə üz-üzə gələcək.
İndiyədək keçirilən 28 qarşılaşmada "Qarabağ" daha çox qələbə qazanıb - 13 dəfə. "Xəzər Lənkəran" isə 11 dəfə rəqibindən üstün olub. Komandalardan hərəsi qələbələrindən birini ölkə kubokunda əldə edib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində "Xəzər Lənkəran" üstünlüyə malikdir. Kubokda hər komanda 2 qol vursa da, çempionatda qazanılan böyükhesablı qələbələr sayəsində "ağ-yaşıllar" cəmi iki top öndədir - 31:29. Ümumilikdə "Xəzər Lənkəran" 3 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub edib və cəmi 1 dəfə belə ağır yenilgi alıb. Bu da son qarşılaşmaya təsadüf edib.
Son 3 qarşılaşmada uduzan "Xəzər Lənkəran" 15-ci dəfə "Qarabağ"la səfərdə görüşəcək. Rəqib meydanındakı 14 oyunda 3 qələbəsi olan "Xəzər Lənkəran" 1 heç-heçə edib və 10 dəfə uduzub. "Qarabağ" öz meydanında top fərqində öndədir - 18:13.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB