Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib. Siasport.az saytının məlumatına görə, o, 143 km-lik mərhələnin qalibi, Avstraliyanın "Drapac Professional Cycling" komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb və finişi 2-ci keçib.
Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. İki mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir.
Qeyd edək ki, sabah keçiriləcək 3-cü mərhələdə işritakçılar 154.5 km məsafə qət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB