Vüqar Həşimovun xatirə turniri keçirilib

Vüqar Həşimovun xatirə turniri keçirilib

Xocavənd rayon Gənclər və İdman idarəsi Xocavənd qəsəbəsində yerləşən mədəniyyət evində mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında rayon birinciliyi keçirib. Siasport.az saytının məlumatına görə, turnirin keçirilməsində məqsəd mərhum qrossmeyster Vüqar Həşimovun əziz xatirəsini yad etmək, rayonda şahmatı daha da inkişaf etdirmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, perspektivli şahmatçıları aşkar etmək olub. Yarışda 86 şahmatçı iştirak edib. Birinciliyinin qalibləri diplomla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə