Bu gün "Şəfa" stadionionun mətbuat konfransı zalında "İnter" komandasının direkrotu Natiq Məmmədov Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) məşqçi heyəti ilə görüş keçirib. Siasport.az saytının məlumatına görə, uşaq futbolunun inkişafının klubun prioritet vəzifələrindən biri olduğunu xüsusi vurğulayan N.Məmmədov rəhbərlik tərəfinfən bundan sonra da məktəbə dəstək veriləcəyini bildirib. Komandanın direktoru müxtəlif yaş qruplarında çalışan məşqçilərə tövsiyə və tapşırıqlarını verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
UGFM-nin inkişaf layihəsi üzrə meneceri Valentin Xodukin rəhbərliyin göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib və görüləcək işlər barədə qısa məlumat verib.
Sonra görüşdə bir sıra cari məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB