Xəbər verildiyi kimi, gəncəli futbol məşqçisi Mehman Hacıyev bıçaqlanıb. Siasport.az saytının məlumatına görə, mütəxəssis hazırda Gəncədə Təcili Tibbi Yardım xəstəxanasında müalicə alır. O, bu gün reanimasiyadan Təcili Cərrahiyə şöbəsinə köçürülüb. M.Hacıyev Azfutbol.com saytına verdiyi açıqlamada hadisə barədə danışıb: "Şəxsi bir məsələ üstündə problem yarandı. Onlar üç nəfər idilər. Biz şəhərin "pasyolka" adlanan hissəsində görüşdük. Mübahisə zamanı mənə əl-qol atdılar. Məndən cavan idilər. Özümü müdafiə etmək üçün qarşılıq verdim.Təbii ki, onlarla bacarmaq mənim üçün çətin olardı. Birdən kürəyimdə ağrılar hiss etdim. Arxaya çevriləndə birinin əlində bıçaq olduğunu gördüm. O, mənə üç zərbə endirdi. Dördüncünün qarşısını əlimlə aldım və əlim kəsildi. Öz ayağımla xəstəxanaya gəlmişəm. İsti-isti olduğundan əvvəl elə bildim ki, ciddi bir şey yoxdur. Amma həkim baxıb əməliyyat olunmağın zəruriliyini bildirdi. İndi yaxşıyam, heç kimdən şikayətim yoxdur. Olan şeydir, kişinin başına iş gələr. Tezliklə sağalıb, ayağa durmaq istəyirəm. Yatmaqla işim yoxdur. Mənim bu vaxta kimi heç kimlə problemim olmayıb. Öz işimdə-gücümdə olmuşam. Dava edən insan deyiləm. Camaat məni həmişə başı aşağı adam kimi tanıyıb. Bir iş idi başıma gəldi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB