AZAL-da yeni transfer

Futbol üzrə Tacikistan yığmasının hücumçusu Axtam Xamrokulov Bakının AZAL klubu ilə 2,5 illik müqavilə bağlayıb. Siasport.az saytının məlumatına görə, son üç mövsümü yerli "Reqar-TadAZe" komandasında keçirmiş A.Xamrokulov AZAL-ın hazırlıq prosesində iştirak etdikdən sonra məşqçilər korpusu tərəfindən bəyənilib.
Toplanış çərçivəsində 5 oyunda forma geyinmiş tacikistanlı futbolçu 1 qarşılaşmada het-trik, digər matçda isə dubl edib. Futbolçu yeni komandasında 22 nömrə altında çıxış edəcək.
Kurqan-Tyubinsk futbol məktəbinin yetirməsi A.Xamrokulov 2005-ci ildə "Vaxş"ın heyətində 11 qol vuraraq Tacikistan çempionatının bombardiri olub. O, Tacikistan yığmasının heyətində 9 oyun keçirib və 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə