Bu gün futbol üzrə U-19 Liqasında 13-cü turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Dalğа Arena" stadionunun ehtiyat meydançasında "İnter" "Neftçi"nin qonağı olub. Qarşılaşma "İnter"in 1:4 hesablı qələbəsilə başa çatıb. "İnter"in heyətində Bilal Qənbərov (2), İlkin Sadıxov və Ülvi Bünyadzadə fərqləniblər.
Bu qələbə sayəsində Vadar Nuriyevin yetirmələrinin aktivindəki xal 27-ə çatıb.
Qeyd edək ki, növbəti tur "İnter" doğma divarlar arasında AZAL-ı qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB