Türkiyədən Vətənə qayıdan "Qəbələ" klubu bir günlük istirahətin ardından bu gün təlim-məşq prosesini bərpa edib. Siasport.az saytının məlumatına görə, həftə sonu - yanvarın 1-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" matçın hazırlıqlarını paytaxtda keçirir. Komanda "Bakı" futbol klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə tam heyətlə qatılıb. Zədəsi sağalan Lorenzo Ebesilio artıq komanda ilə məşqlərə başlayıb. Bərpa prosesi keçən Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB