Konkur üzrə “Sərhədçi kuboku” yarışları keçiriləcək

Konkur üzrə “Sərhədçi kuboku” yarışları keçiriləcək

Fevralın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə atçılığın konkur növü üzrə M*-S* kateqoriyalı "Sərhədçi kuboku" yarışları keçiriləcək. Siasport.az saytının məlumatına görə, Novxanı qəsəbəsindəki "Sərhədçi" Atçılıq Mərkəzinin qapalı manejində baş tutacaq yarışda 15-ə yaxın idmançı 30 atla mübarizə aparacaq.
Yarışa yerli hakimlər kollegiyası nəzarət edəcək.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 5 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə