Fevralın 4-də Azərbaycan millisi Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Rusiyaya yollanacaq. Siasport.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib. O bildirib ki, Olimpiya Oyunlarının açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz hər Oyunlarda daha çox idmançı ilə təmsil olunur. Azərbaycanı Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı təmsil edəcək. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər Patrik Braxner və Qaya Bassani Antivaridir.
Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları fevralın 7-dən 23-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB