"Simurq" hazırlıqları paytaxtda davam etdirir

"Simurq" hazırlıqları paytaxtda davam etdirir

Antalyadan qış təlim-məşq toplanışından qayıdan "Simurq" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Siasport.az saytının məlumatına görə, paytaxatda məskunlaşan və Topaz Premyer Liqasının XIX turunun hazırlıqlarına başlayan komanda bu gün iki məşqə çıxacaq. Artıq səhər çalışmaları başa çatıb. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fitness zalda fiziki gücün artırılmasından ibarət tapşırıqları yerinə yetiriblər. Axşam məşqi isə toplu çalışmalardan ibarət olacaq.

Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxan Zaqatala təmsilçisinin iki saata yaxın davam edən hazırlıq prossesində bütün futbolçular iştirak edib. Zədə səbəbindən İlkin Qırtımov, ayağında yüngül ağrılar olan Raul Kostin və yeni transfer Usim Nduka komandadan ayrı çalışıb.

Qeyd edək ki, "Simurq"un XIX turdakı rəqibi paytaxtın "Neftçi" klubu olacaq. Qarşılaşma fevralın 2-də, saat 15:30-da "Bakcell Arena"da keçiriləcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə