"Xəzər Lənkəran" makedoniyalı futbolçu transfer etdi

"Xəzər Lənkəran" makedoniyalı futbolçu transfer etdi

"Xəzər Lənkəran" futbol klubu makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib. Siasport.az saytının məlumatına görə, hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar karyerasına yerli "Pelister"də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. "Asteras", "Veria" və "Pierikos"da çıxış etdikdən sonra, Deyan ölkəsinin "Turnovo" klubu ilə müqavilə imzalayıb.

Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırki mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb.

Futbolçu ilə klub arasında imzalanan müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə