“Synergy Baku Cycling Project” mövsümə Yeni Zelandiyada start verir

“Synergy Baku Cycling Project” mövsümə Yeni Zelandiyada start verir

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku Cycling Project" 2014-cü ilə Yeni Zelandiyada keçiriləcək 2.2 kateqoriyalı "Cycle Classic" veloyürüşü ilə start verir. Siasport.az saytının məlumatına görə, bu gün start götürəcək 5 mərhələli yarışda 5 velosipedçimiz mübarizə aparacaq. Bunlar almaniyalı Daniel Kleme, Kristof və Maykl Şvayzer qardaşları, avstraliyalı Patrik Leyn və həmvətənimiz Elçin Əsədovdur.

Qeyd edək ki, yarışda 20 komandanın tərkibində 100 velosipedçi mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə