“Araz Naxçıvan” PFL-ə niyə müraciət etdi?

“Araz Naxçıvan” PFL-ə niyə müraciət etdi?

"Araz Naxçıvan" futbol klubu Peşəkar Futbol Liqasına müraciət edərək I Divizionun ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında xahiş edib. Siasport.az saytının məlumatına görə, buna səbəb Naxçıvan şəhərinə olan təyyarə reyslərindəki dəyişikliklərdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq "Araz Naxçıvan" klubunun I Divizionun ikinci dövrəsindəki ev oyunlarının həftənin şənbə gününə təyin olunması haqqında qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə