"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığına start verdi

"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığına start verdi

Təlim-məşq toplanışını başa vuran "Sumqayıt" futbol klubu 1 günlük fasilədən sonra yenidən hazırlıqlara start verib. Siasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında "Qəbələ"ni qonaq edəcək Aqil Məmmədovun komandasında zədəli futbolçu yer almır. U-21-in düşərgəsində yer alan qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə bu gündən etibarən məşqlərə qoşulacaq.

Qeyd edək ki, fevralın 1-də Sumqayıtda baş tutacaq "Sumqayıt" - "Qəbələ" oyunu saat 16:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə