AFFA-nın növbəti konfransı keçiriləcək

AFFA-nın növbəti konfransı keçiriləcək

Martın 7-də, saat 11:00-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti konfransı keçiriləcək. Siasport.az saytının məlumatına görə, AFFA-nın Nizamnaməsinə uyğun olaraq, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- AFFA prezidenti tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

Bütün xəbərlər Facebook səhifəmizdə