Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasiminə artıq 500 gün qalıb. Siasport.az saytının məlumatına görə, təşkilatçılar bildiriblər ki, hazırlıq işləri bütün Avropa xalqlarını birləşdirəcək əzəmətli idman festivalı keçirməyə hədəflənib.
Gələn il Bakıda keçiriləcək Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən Olimpiya dövlətləri və avropalı idmançılar üçün böyük, ümümqitə, çoxnövlü idman tədbirinin keçirilməsini nəzərdə tutan, çoxdan gözlənilən cəhdinin həyata keçirilməsi olacaq.
Bu həftədən başlayaraq, təşkilatçılar 2015 Bakı Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya Komitələrinə idman növlərinin kvalifikasiyası haqqında məlumatı göndərməyə başlayacaqlar.
Təşkilatçılar həmçinin, bəyan ediblər ki, Bakı 2015 Oyunlarının yarış proqramında yeddi idman növündən az olmamaq şərtilə Oyunlardan 2016-cı il Rio Olimpiya Oyunları üçün kvalifikasiya platforması qismində istifadə ediləcək. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir. Başqa idman növləri də Olimpiya kvalifikasiya siyahısına əlavə edilə bilər.
İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü var və 5 400-dən artıq idmançının iştirakı gözlənilir.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Pətrik Hiki (Patrik Hickey) qeyd edib ki, Bakı şəhəri gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişlidir: "Avropa Oyunlarına hazırlıq mərhələsinin yekun 500 gününə daxil olan Bakı şəhərinə uğurlar arzulayıram və əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı yüksək keyfiyyətli idman tədbiri təşkil edəcək".
Azərbaycanın gənclər və idman naziri, eyni zamanda Bakı 2015 Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bildirib ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkilinin məsuliyyətini və şərəfini artırır. O vurğulayıb ki, oyunlar üçün yeni yaradılmış infrastruktur və iş yolları ev sahibliyi edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək: "Oyunlar üçün böyük həcmli tikinti layihələri şəhərlərimiz, cəmiyyətimiz və gənclərimiz üçün onlardan onilliklər boyu faydalanmağa imkan verəcək. Yeni hava limanı, metropoliten və avtobus sahəsində 13 mühüm təkmilləşdirmə layihəsi, habelə yeni beynəlxalq standartlara uyğun idman arenaların açılması daha çox gənci idmanla məşğul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək".
A.Rəhimov qeyd edib ki, müxtəlif sahələrdən olan yerli layihəçilərin, xidmət təchizatçılarının və şirkətlərin Oyunların hazırlıq işlərinə cəlb edilməsi biznez və texnologiya daxil olmaqla, mədəniyyət və kreativ sənayelərədək çoxlu sektorlarda yerli bilik və təcrübənin inkşafı üçün dəyərli irs qoyacaq.
Təşkilatçılar bildiriblər ki, Oyunlar üçün yerlərin inşası əsas hədəfdir, bəzi sahələr artıq bu il sınaq tədbirləri üçün hazır olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB