Maykl Esyen "Milan"da!

Londonun "Çelsi" futbol klubunun yarımmüdafiəçisi Maykl Esyen "Milan"a transfer olunub.Siasport.az saytı xəbər verir ki, artıq "zadəğanların" yeni transferi artıq Milandadır. Bu barədə İtaliya klubunun rəsmi saytı xəbər yayıb. Qanalı ulduz futbolçu "Milan"la 1.5 illik rəsmi müqavilə imzalayıb. Qeyd edək ki, Esyen 2005-ci ildə "Lion"dan "Çelsi"yə transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə