Seymur Orucov: "Daha güclü komanda ilə daha yüksək uğurlar əldə olunacaq"
"Azərbaycanın qadın voleybolu yüksək səviyyədə inkişaf edib. Ölkəmizin "Rabitə", "Azərreyl", "Lokomotiv" kimi klubları artıq Avropanın tanınmış komandalarıdır". Bu sözləri Siasport.az saytına "İqtisadçı" voleybol klubunun sabiq vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib. O, Azərbaycanın qadın voleybolunun dünya səviyyəsində inkişafından danışıb: "Komandalarımız klublararası dünya çempionatında da öz sözlərini deyiblər, güclərini bütün dünyaya göstəriblər. Biz Azərbaycanın hər bir klubunun uğuruna sevinirik".
S.Orucov "İqtisadçı"nın Çempionlar Liqasında Türkiyənin "Vakıfbank" klubuna məğlubiyyəti barədə də fikirlərini bildirib, komandanın qarşıya qoyduğu hədəfdən danışıb: "İqtisadçı" voleybol klubu qısa müddət ərzində böyük uğurlara imza atıb. Hələ çox gənc olan bir komanda artıq Çempionlar Liqasında Azərbaycanı təmsil edir. "İqtisadçı"nın məğlub olduğu Türkiyənin "Vakıfbank" klubu demək olar ki, məğlubedilməzlik statusu almış bir komandadır. Komandamız bu heyətlə həm Çempionlar Liqasında, həm də ölkə çempionatında uğurla çıxış edir. Ancaq heyət daha da gücləndiriləcək və daha güclü komanda ilə daha yüksək uğurlar əldə olunacaq. "İqtisadçı"nın hədəfi Çempionlar Liqasının dördlər finalında oynamaqdır. Daha güclü heyətlə hədəfə çatacağımıza inanıram".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB