"Xəzər Lənkəran" futbol klubu braziliyalı müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirib. Siasport.az saytının məlumatına görə, karyerasına "Sergipe" klubunda başlayan Tyeqo, 2007-ci ildə məşhur "Qremio"nun heyətinə cəlb olunub. "Qremio" ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma geyinib.
Müdafiəçi bir mövsüm Yaponiyanın "Kyoto Sanqa" klubunda forma geyindikdən sonra ölkəsinin "Bahia" və "Seara" klublarında oynayıb.
Tyeqo 2013-cü ilin əvvəlində isə "Fiqeyrense" ilə anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.
"Xəzər Lənkəran"la Tyeqo de Jesus arasında növbəti mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB