Azarkeşləri "Barselona"ya şok yaşadır. Siasport.az saytı xəbər verir ki, katalon klubunun fanatları, artıq komandanı meydanda dəstəkləmək üçün stadiona gəlməyə maraq göstərmirlər. Belə ki, son üç qarşılaşmada 98 minlik "Nou Kamp" stadionuna sadəcə ən yaxşı halda 56 min 544 nəfər azarkeş gəlib. Bu isə, əsas gəliri bilet satışları hesabına olan katalon komandası üçün böyük problemdir. Belə ki, komanda rəhbərliyi "Nou Kamp" stadionunun azarkeş tutumunu 105 minə qədər yüksəltməyi planlaşdırırdısa, hazırkı vəziyyət hər şeyin tərsinə olacağını deməyə əsas verir. Son "Malağa" matçında azarkeşlərin meydana gəlməməsi, klub rəhbərliyini təşfişə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB