"İnter"in direktoru əvəzedici heyətlə görüşüb

"İnter"in direktoru əvəzedici heyətlə görüşüb

Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi və futbolçuları ilə görüş keçirib. Siasport.az saytının məlumatına görə, mövsümün birinci hissəsini lider kimi başa vurması münasibətilə komanda üzvlərini təbrik edən N.Məmmədov vurğulayıb ki, klub rəhbərliyi əvəzedici heyətin uğurlarına sevinir və komandanın bundan sonra da müvəffəqiyyətlə çıxış edəcəyinə inanır.

Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev "Şəfa" stadionunda keçirilmiş təlim-məşq toplanışı barədə qısa məlumat verib və yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Komanda rəhbərliyinin həmişə diqqət mərkəzində olduqlarını qeyd edən R.Əliyev futbolçuların qarşıdakı oyunlarda da lider mövqelərini qoruyub saxlamarı üçün mübarizə aparacaqlarına ümidvar olduğunu deyib.

Görüşdə digər cari məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə