Böyükağa Hacıyev: "Nəticə bizi narahat eləmir"

Böyükağa Hacıyev: "Nəticə bizi narahat eləmir"

"Təlim-məşq toplanışında son oyunumuz idi. Buna görə əsasən gəncləri sınamaq istəyirdim". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev Polşanın "Şlonsk" klubu ilə keçirilən yoxlama oyunundan sonra deyib. Baş məşqçi nəticənin onu narahat emədiyini qeyd edib: "Nəticənin önəmli olmadığı bir görüşdə demək olar ki, gənclərin hamısına şans verdim. Nəticə bizi narahat eləmir, buna görə məyus deyilik, çünki bu, bir yoxlama oyunu idi. Gəncləri yoxlama oyununda da sınamayıb, nə vaxt sınayacam?! Biz təlim-məşq toplanışının yekunlarından nəticə çıxarıb, səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, "Şlonsk" yaxşı komandadır. Qoy bizi yalnız yoxlama oyunlarında məğlub etsinlər. "Neftçi" rəsmi matçlarda fərqli oyun göstərib, qələbə qazanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə