"Maraqlı oyun oldu. "Neftçi" təcrübəli komandadır, zəif rəqib deyil". Siasport.az saytının məlumatına görə, bu sözləri Polşanın "Şlonsk" klubunun baş məşqçisi Stanislav Levı "Neftçi" PFK ilə baş tutan yoxlama oyunundan sonra deyib. O, qarşılaşma barədə fikirlərini bildirib: "Bizə qarşı aqressiv və sürətli oynadılar. "Neftçi" xüsusən cinahlarda yaxşı təsir bağışlayırdı. Bilirdik ki, "Neftçi" daha çox gənc futbolçulara şans verib. Biz də hər iki hissədə fərqli heyətlə çıxış etdik. Sevinirəm ki, yetirmələrim tapşırıqlarımı yerinə yetirdilər. Rəqibə Azərbaycan çempionatında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm də "Neftçi" çempion olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB