“Neftçi” “Şlonsk”a məğlub olub

“Neftçi” “Şlonsk”a məğlub olub

"Neftçi" PFK Türkiyədə təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, komanda Polşanın "Şlonsk" klubu ilə qarşılaşıb. Matçın 48-ci dəqiqəsində Elvin Yunuszadə hesabı açsa da, görüş "ağ-qaralar"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında "Partizani" (Albaniya) və "Tobol" (Qazaxıstan) klublarını məğlub edən (uyğun olaraq 2:0 və 4:2) "Neftçi" "Fənərbaxça" (Türkiyə) və "Metallurq"la (Zaporojye, Ukrayna) heç-heçə oynamışdı - 0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə