U-21 qələbə qazanıb

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Küveytin U-21 komandası ilə qarşılaşan yığmamız Tərlan Quliyev və Kərəm Benkhenin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə