"Simurq" sonuncu yoxlama görüşünə çıxacaq

"Simurq" sonuncu yoxlama görüşünə çıxacaq

Yanvarın 8-dən Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" artıq hazırlıqlarını tamamlamaq üzrədir. Siasport.az saytının məlumatına görə, komanda bu gün Bakı vaxtı ilə saat 19:00-da sonuncu yoldaşlıq görüşünə çıxacaq. Zaqatala təmsilçisinin rəqibi isə "Xrvatski Draqovolyac" klubu olacaq.

Georgi Çixradzenin yetirmələri ötən gün iki məşqə çıxıb. Səhər hazırlığında əsasən taktiki təmrinlər olsa da, axşam çalışmaları isinmə və "kvadrat"dan sonra ikitərəfli oyunla tamamlanıb. Yalnız zədəsi tam sağalmayan İlkin Qırtımov komandadan ayrı məşq edib.

Qeyd edək ki, "Simurq" Vətənə yanvarın 26-da qayıdacaq. Komanda bir günlük istirahətdən sonra "Neftçi" ilə oyunun hazırlıqlarını Bakıda davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə