Böyükağa Hacıyev: "Rəqib kobud futbol oynadı"

Böyükağa Hacıyev: "Rəqib kobud futbol oynadı"

"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə keçirilmiş yoxlama oyunundan sonra fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında bunları deyib: "Çox çətin oyun oldu. Rəqib çox sərt, hətta deyərdim ki, kobud futbol oynadı. Bunun nəticəsi idi ki, start heyətində meydana çıxmış Emin Mehtiyev zədələnərək oyunu yarımçıq tərk etdi. Xoşbəxtlikdən zədəsi ciddi deyil. Futbolçularda yorğunluq da hiss olunurdu ki, bu da təlim-məşq toplanışının başa çatmaq üzrə olması ilə əlaqədardır. Bundan sonra bərpa prosesinə başlayacağıq. Nəticəyə gəlincə, yoxlama oyununda nəticə o qədər də önəmli deyil. Ümid edirəm ki, komanda "Simurq"la oyunadək tam hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə