Oleq Taran: “Neftçi” çox xoşuma gəldi"

Oleq Taran: “Neftçi” çox xoşuma gəldi"

Ukraynanın "Metallurq" (Zaporojye) klubunun baş məşqçisi Oleq Taran "Neftçi" PFK ilə baş tutan yoxlama oyunundan sonra fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, "Neftçi" barədə xoş sözlər deyib: "Neftçi" çox xoşuma gəldi. Rəqib çox güclü komandadır. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər. "Neftçi" kompakt futbol oynayır. Rəqibdən xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Bu gün həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu, bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə