"Bakı" "Dinamo Kiev"lə "sülh bağlayıb"

"Bakı" "Dinamo Kiev"lə "sülh bağlayıb"

"Bakı"nın İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı sona yaxınlaşmaqdadır. Siasport.az saytının məlumatına görə, komanda son yoldaşlıq oyununu keçirib. Paytaxt təmsilçisi Ukraynanın "Dinamo" klubu ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Bakı"nın qolunu matçın 37-ci dəqiqəsində Cavid Hüseynov vurub.

"Dinamo Kiev" - "Bakı" 1:1

"Bakı": A. Məmmədov (Nureddinoski 45), Qonzalez, Travner, Etto, Ristoviç (Pelagias 60), Mustafayev (V. Abdullayev 75), Horvat, Junior, Noqeyra (Şoliç 67), C. Hüseynov (E. Məmmədov 85), R. Əliyev (N. Ələsgərov 88)

Bütün xəbərlər Facebook səhifəmizdə