"Neftçi" yenə uduzmadı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi", dünən axşam növbəti yoxlama oyununa çıxıb. Siasport.az saytı xəbər verir ki, Böyükağa Hacıyevin komandası Ukraynanın "Metallurq" klubu ilə qarşılaşıb. Görüş 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. Xatırladaq ki, "Neftçi" ilk yoxlama oyununda Albaniyanın "Partizani" klubuna 2:0 hesabı ilə qalib gəlib. "Fənərbaxça" ilə qarşılaşmada hesab açılmayıb. Qazaxıstanın "Tobol" klubunu isə 4:2 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə