Platini Aleks Fergüssona vəzifə verdi

Platini Aleks Fergüssona vəzifə verdi

"Mançester Yunayted"in əfsanəvi keçmiş çalışdırıcısı Aleks Fergüssona UEFA tərəfindən yeni vəzifə verilib. Siasport.az saytı xəbər verir ki, UEFA prezidenti Mişel Platini təcrübəli mütəxəssisin "Elit baş məşqçilər elçisi" olduğunu açıqlayıb. A.Fergüsson bu vəzifəyə layiq görüldüyü üçün qürur hiss keçirdiyini bildirib. Bununla da Fergüsson UEFA-nın hər iş təşkil edəcəyi baş məşqçilər toplanışının rəhbəri olacaq. O cümlədən təcrübəli mütəxəssis Çempionlar Liqası və Avropa çempionatının formatında dəyişikliklər edilməsində köməklik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə