Joze Mourinyo: "Mata xoşbəxt olacağı komandaya gedib"

Joze Mourinyo: "Mata xoşbəxt olacağı komandaya gedib"

"Çelsi"nin baş məşqçisi olan Joze Mourinyo, "Mançester Yunayted"ə keçən Xuan Mata haqqında danışıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi bildirib ki, X.Mata xoşbəxt olacağı komandaya gedib: "Onun daima əsas heyətdə yer alacağı komandaya ehtiyacı var idi. "Mançester Yunayted"in təklifi olduqca cəzbedici idi. Həm maddi baxımdan, həm də futbolçunun gələcək koryerası üçün. Elə bir futbolçunu əldən çıxarmaq mənim üçün ağırdır. Amma nəzərə alanda ki, Xuan gedəcəyi komandada xoşbəxt olacaq, o zaman təəsüflənməyə dəyməz."

Bütün xəbərlər Facebook səhifəmizdə