Azərbaycan güləşçisi Tehranda keçirilən beynəlxalq turnirin finalına yüksəlib
İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku" beynəlxalq turniri davam edir. Siasport.az saytının məlumatına görə, "7 tir" Arenada təşkil olunan turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası da mübarizə aparır.
Yarışın ikinci günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində güləşçilər xalça üzərinə çıxırlar.
Millimizin heyətində Azad Əliyev (66 kq) gürcüstanlı, macarıstanlı və iranlı rəqiblərinə qalib gələrək finala yüksəlib.
Digər güləşçimiz Niyaməddin İbrahimov (75 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Yarışda Azərbaycanı referi kimi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edir.
Xatırladaq ki, milli komandamızın hesabında bir medal var. Yarışın ilk günündə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Elman Muxtarov bürünc medala sahib olub.
Turnirdə Azərbaycan ilə yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan güləşçilər mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB