"İnter" Braziliya klubu ilə qarşılaşacaq

"İnter" Braziliya klubu ilə qarşılaşacaq

Məlum olduğu kimi, "İnter" klubu Türkiyədə təlim-məşq toplanışı keçirir. Siasport.az saytının məlumatına görə, bu gün komanda növbəti yoxlama görüşünə çıxacaq. Belə ki, Bakı vaxtı ilə saat 20.00-da başlayacaq matçda "İnter" Braziliyanın "Uniao" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "İnter" toplanış çərçivəsində daha əvvəl 4 görüş keçirib. Komanda son yoxlama matçını isə sabah keçirəcək. Həmin oyunda "İnter" Almaniyanın "Arminiya" Bilefeld klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə