İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçirilir. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan güləşçilər mübarizə aparırlar.
İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində yarışan güləşçilər xalça üzərinə çıxıb. Yığmamızın heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizə aparıb.
Azərbaycan idmançılarından yalnız Elman Muxtarov (59 kq) mükafatçılar sırasında yer alıb. Güləşçimiz bürünc medal üçün yerli idmançı Museyib Əkbərini üstələyib.
Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) yarışı 5-ci sırada tamamlayıb. Hacımurad Bağmanovun (71 kq) rəqibi finala çıxmadığından, o, təsəlliverici görüşlərə qatılmaq imkanını itirib.
Qeyd edək ki, bir müddət əvvəl FİLA çəki dərəcələrində dəyişikliklər edib və güləşçilərimiz ilk dəfə olaraq yeni çəki dərəcələrində qüvvələrini sınayırlar.
Bu gün isə, turnirdə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB