Cenifer Lopez dünya çempionatının himnini oxuyacaq

Cenifer Lopez dünya çempionatının himnini oxuyacaq

Braziliyalılar yayda keçiriləcək futbol üzrə dünya çempionatında Cenifer Lopezi canlı izləyə biləcəklər. Siasport.az saytı xəbər verir ki, artıq Braziliyada keçiriləcək dünya çempionatının rəsmi himninin ifaçıları məlum olub. Xarici mətbuatın yazdığına görə, bunlar məşhur müğənni Cennifer Lopez, braziliyalı ifaçı Klaudia Leytte və reper Pitbull olacaq. "We Are One" ("Biz təkik") adlı mahnı portuqal və ingilis dillərində səsləndiriləcək. Qeyd edək ki, dünya çempionatı iyunun 12-dən iyulun 13-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə