"Sumqayıt" "Şahdağ"a məğlub olub

"Sumqayıt" "Şahdağ"a məğlub olub

Topaz Premyer Liqasının 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" futbol klubu növbəti yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda "Şahdağ"la üz-üzə gəlib. Yeni kompleksdə baş tutan qarşılaşma qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. "Sumqayıt" FK-dan yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə