Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı - 4:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB