Dieqo Forlan Yaponiya klubuna keçdi

Dieqo Forlan Yaponiya klubuna keçdi

Madrid "Atletiko"sunun keçmiş futbolçusu olan uruqvaylı futbolçu Dieqo Forlan karyerasını Yaponiya çempionatında davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə "Sereso Osaka" klubunun saytı məlumat yayıb.34 yaşlı hücumçu "Sereso Osaka" ilə rəsmi müqavilə bağlayıb. Sözləşməyə əsasən təcrübəli futbolçu 1 il Asiya təmsilçisinin şərəfini qoruyacaq. Qeyd edək ki, "Mançester Yunayted", "Atletiko" (Madrid), "İnter" kimi klublarda çıxış etmiş Forlan son olaraq Braziliya təmsilçisi "İnternasyonal"ın formasını geyib.

Bütün xəbərlər Facebook səhifəmizdə