Azərbaycan televiziyasının ilk futbol şərhçisi, əməkdar jurnalist Valid Sənani 2011-ci ilin bu günü dünyasını dəyişib.
Siasport.az saytının məlumatına görə, Valid Sənani 12 may 1935-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayan V.Sənani 1957-ci il iyunun 9-da ilk dəfə televiziya vasitəsilə futbol matçını şərh edib.
O, uzun müddətli şərhçiliyi dövründə özünəməxsus səsi və şərhləril ilə yadda qalıb. V.Sənani bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifi, Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet dönəmində Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB