Güləşçilərimiz Tehranda keçirilən beynəlxalq turnirdə mübarizə aparırlar

Güləşçilərimiz Tehranda keçirilən beynəlxalq turnirdə mübarizə aparırlar

İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə 34-cü "Yadigar İmam Kuboku" beynəlxalq turniri davam edir. Siasport.az saytının məlumatına görə, "7 tir" Arenada təşkil olunan yarışda yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası da mübarizə aparır.

Yarışın ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində güləşçilər xalça üzərinə çıxıblar.

Millimizin heyətində Elman Muxtarov (59 kq), Hacımurad Bağmanov (71 kq), Elvin Mürsəliyev (80 kq) və Araz Həsənov (98 kq) mübarizəyə aparıblar.
Üç güləşçimiz - E.Muxtarov, E.Mürsəlov və A.Həsənov yarışda məğlub olsalar da, rəqibləri finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıblar.
Turnirdə Azərbaycan ilə yanaşı, İran, İraq, Türkiyə, Koreya Xalq Demokratik Respublikası, Yaponiya, Gürcüstan, Macarıstan, İsveç və Ermənistandan olan güləşçilər mübarizə aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə