Samir Məsimov: "Azərbaycan millisində və “Neftçi”də böyük nailiyyətlərə imza atmaq istəyirəm”

Samir Məsimov: "Azərbaycan millisində və “Neftçi”də böyük nailiyyətlərə imza atmaq istəyirəm”

"Necə böyük bir kluba gəldiyimi gözəl anlayıram. İstəyirəm ki, "Neftçi" ilə birgə çempionluq yaşayım və komandamızın uğurlarında pay sahibi olum". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın yeni transferi Samir Məsimov deyib. O, flaqmanın heyətində möhkəmlənməyə çalışacağını qeyd edib: "Çalışacağam ki, "Neftçi"nin əsas heyətində möhkəmlənim. Rusiyada legioner futbolçu hesab olunurdum. Çünki Azərbaycan millisini seçmişdim. Mənim ana vətənim Azərbaycandır və öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün tutmuşam. Rusiyada mənə deyirdilər ki, Azərbaycan millisini seçməyin buradakı karyeranın üstündən xətt çəkə bilər. Amma mən Azərbaycan millisində və "Neftçi"də böyük nailiyyətlərə imza atmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə