Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal oyunlarına yekun vurulub və finalçılar artıq məlum olub. Siasport.az saytı xəbər verir ki, dünən axşam keçirilən qarşılaşmada "Sanderlend" penaltilərdə "Mançester Yunayted"i məğlub etməklə sensasiyaya imza atıb. Penaltiləri daha dəqiq yerinə yetirən qonaqlar finala vəsiqə qazanıb. Qeyd edək ki, "Sanderlend" finalda "Mançester Siti" ilə qarşılaşacaq. Final görüşü isə martın 2-də baş tutacaq.
22 yanvar
İngiltərə Liqa kuboku
"Mançester Yunayted" - "Sanderlend" - 2:1 (Penaltilər seriyası - 4:5) (İlk oyun - 1:2)
Qollar: Evans, 37 (1:0), Brandsley, 119 (1:1), Hernandez, 120 (2:1)
21 yanvar
"Vest Hem" - "Mançester Siti" - 0:3 (İlk oyun - 0:6)
Qollar: Neqredo, 3 (0:1), Aquero, 24 (0:2), Neqredo, 59 (0:3)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB