Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" beşinci yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" Rusiyanın "Volqa" klubu ilə qarşılaşıb. Yuri Syominin komandası matça aşağıdakı start heyətlə başlayıb:
David Petrkeviç, Ruslan Tağızadə, İbrahima Niasse, Elnur Allahverdiyev, Rafael Santos, Nuran Qurbanov, Dodo, Nizami Hacıyev, Leonardo da Silva, Yannik Kamanan, Viktor Mendi.
Matç ərzində tərəflərin fərqlənmək imkanları olsa da, oyunda hesab açılmayıb.
Xatırladaq ki, bu görüşə qədər "Qəbələ" Türkiyənin "Maltepespor" (1:1), Qazaxıstanın "Spartak" (1:1) və "Tobol" (2:1), Türkiyənin "Konyaspor2 (2:4) komandaları ilə qarşılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB