Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Bakı klublarından "Azərreyl" Yekaterinburq şəhərində "Uraloçka" (Rusiya) ilə qarşılaşıb.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə "Uraloçka" komandası 3:1 hesabı ilə qalib gəlib.
Bakıda keçirilən oyunda da "Uraloçka" 3:1 hesabı ilə üstün olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB