"Qarabağ" albanlarla bacarmadı...

"Qarabağ" albanlarla bacarmadı...

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu dünən növbəti yoxlama matçına çıxıb. Siasport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası futbol üzrə Albaniya yüksək liqasının beşinci pilləsində qərarlaşan "Flamutari" klubu ilə qarşılaşıb. Qarşılaşmada "Qarabağ" 24-cü dəqiqədə Reynaldonun qolu ilə hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Görüş Albaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə