Futbol üzrə Türkiyə Kubokunda dünən axşam "Elazığspor"la qarşılaşan "Qalatasaray" ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun forvardı Aydın Yılmaz qarşılaşmanın 18-ci dəqiqəsində rəqib futbolçu Serdar Özkanla ikili mübarizədə ciddi zədə alıb. Belə ki, "Qalatasaray"ın futbolçusu ayaq topuğunun qırılması üzündən meydanı xərəkdə tərk etməli olub. İlkin məlumata əsasən, A.Yılmaz ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB