"Bakı" bu gün "Styaua" ilə üz-üzə gələcək

"Bakı" bu gün "Styaua" ilə üz-üzə gələcək

İspaniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" futbol klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək. Oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Styaua" hazırda Rumıniya çempionatında 3-cü pillədə qərarlaşıb.

"Bakı" buna qədər Albaniyanın "Laçi" klubu ilə sınaq matçına çıxıb və 4:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi İspaniyanın "Real Balompedika Linense" klubunu isə 1:0 hesabı ilə üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə