"Simurq" klubu Türkiyədə hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, zədə səbəbindən bir neçə gündür hazırlıqlarda iştirak etməyən İlkin Qırtımov artıq çalışmalara başlayıb. "Younq Afrikans"la görüşdən öncə belində ağrılar olan və bu səbəbdən oyuna çıxmayan Draqan Çeran son məşqdə də iştirak etməyib.
"Simurq" transfer çalışmalarını da davam etdirməkdədir. Dünəndən düşərgəyə baxış üçün daha bir futbolçu qoşulub. Bu, belçikalı yarımmüdafiəçi Benjamin Lambotdur. 26 yaşlı futbolçu haqqında son qərarı isə məşqçilər korpusu verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB